Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya 11,5 faizdən 10,6 faizə yavaşlayıb. Aylıq müqayisədə isə qiymətlərin ümumi səviyyəsi düşüb (deflyasiya).2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,5 faiz artıb.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz düşüb, əvvəlki ilin iyun ayına nisbətən 10,6 faiz artıb.
2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,1 faiz azalıb, əvvəlki ilin iyun ayına nisbətən 11,5 faiz artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 13,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz yüksəlmişdi. 2023-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki ilin may ayına nisbətən 11,5 faiz artmışdı.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Telefonunda Telegram var? Marja.az-ın kanalına buradan abunə ol!
2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 10,3 faiz yüksəlib. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən velosipedlərin, sabunların, şampunların, ucuzlaşma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 9,8 faiz artıb. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)





