Qardaşovlara məxsus quşçuluq şirkəti zərərin astanasında qalır
“İsmayıllı Quşçuluq” ASC satışlarını artırsa da xalis qazancı elə də yüksək olmayıb.
“Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İsmayıllı Quşçuluq” təxminən 263 min manatlıq satışa nail olub. ASC-inin xərcləri isə təxminən 263 min manat olub. Nəticədə ASC ötən ili təxminən 1150 manat xalis mənfəət ilə başa vurub.
2015-ci ildə “İsmayıllı Quşçuluq” ASC-nin cəmi satışları 121 min manat olmuş, həmin ili isə 85,2 min manat zərər ilə başa vurmuşdu.
“İsmayıllı Quşçuluq” ən böyük xərci (xərclərin 63%-ni) yem və damazlıq cücə alışlna çəkib -166,4 min manat.
31 Dekabr 2016-cı il tarixində “İsmayıllı Quşçuluq” ASC 1,91 milyon manat cəmi aktivlərə, 684 min manat öhdəliklərə və 1,3 milyon manat cəmi kapitala malik olub. ASC-nin banklara 380,2 min manat, təsisçilərə isə (Qardaşov Zahidə) təxminən 300 min manat borcu var.
“İsmayıllı Broyler”in hüquqi varisi olan “İsmayıllı Quşçuluq” Qardaşovlar ailəsinə məxsusdur. “İsmayıllı Quşçuluq” ASC-nin 50,1%-i Qardaşov Zaur Zahid oğluna, 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna və digər 7 fiziki şəxsə (4,77%) məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















