Qlobal dövlət borcu rekord həddə çatıb
Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda qlobal dövlət borcunun 2022-ci ildə rekord həddə - 92 trilyon dollara çatdığı açıqlanıb.Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi hesabata görə, hökumətlərin Covid-19 pandemiyası kimi böhranlara qarşı borc alması nəticəsində qlobal dövlət borcu 2022-ci ildə rekord həddə - 92 trilyon dollara çatıb.
Marja xəbər verir ki, Qurum, borc yükünün inkişaf etməkdə olan ölkələr tərəfindən ciddi şəkildə hiss olunduğunu vurğulayıb.
G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən əvvəl açıqlanan hesabata görə, dünya miqyasında daxili və xarici borc son iyirmi ildə beş dəfədən çox artaraq iqtisadi artım tempini üstələyib. Ümumi Daxili Məhsul isə 2002-ci ildən bəri cəmi üç dəfə artıb.
Hesabata görə, qlobal dövlət borcunun təxminən 30 faizi inkişaf etməkdə olan ölkələrin payına düşürsə, bu rəqəmin 70 faizi Çin, Hindistan və Braziliyaya məxsusdur.
İnkişaf etməkdə olan 59 ölkənin yüksək borc səviyyəsi var
Əlli doqquz inkişaf etməkdə olan ölkədə borcun ÜDM-ə nisbəti 60 faizdən yuxarıdır. Bu nisbət ekspertlər tərəfindən yüksək borc səviyyələrini göstərən hədd kimi qəbul edilir.
BMT-nin hesabatında deyilir: “Maliyyəyə məhdud çıxış, artan borclanma xərci, valyuta devalvasiyaları və yavaş iqtisadi artım səbəbindən borc inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli bir yükə çevrilir”.
Dünya 50 inkişaf etməkdə olan ölkə iqtisadi gəlirlərinin 10 faizindən çox hissəsini faiz borcunun ödənilməsinə yönəldir. İnkişaf etməkdə olan ölkələr üçün maliyyəyə çıxış həm qeyri-adekvat, həm də bahalıdır.
"Afrika təhsil və ya səhiyyədən daha çox faiz ödənişlərinə pul xərcləyir. Ölkələr borclarını ödəmək və ya xalqına xidmət etmək arasında qeyri-mümkün seçim qarşısındadır", - hesabatda deyilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 30 d. əvvəl
-
40 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
46 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)














