Məlumatları və sənədləri təqdim etməyən şirkət cərimə olunacaq - DÖVLƏT XİDMƏTİNDƏN XƏBƏRDARLIQ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı
Dövlət Xidməti təsərrüfat subyektlərinə tələb olunan məlumatları və sənədləri vaxtında, düzgün şəkildə təqdim etməyi tövsiyə edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləyici funksiyası çərçivəsində bazarda rəqabətin təmin edilməsi, haqsız rəqabət hallarının qarşısının alınması və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Antiinhisar qanunvericiliyinin tələblərinə əsasən, bu fəaliyyətin təşkili zamanı Dövlət Xidmətinin dövlət idarəetmə orqanları, təşkilati-idarəetmə qurumları, təsərrüfat subyektləri və vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ müəyyən edilib.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Dövlət Xidməti qanun pozuntusuna yol vermiş subyektlər barəsində icrası məcburi göstərişlər verə, o cümlədən cərimə və maliyyə sanksiyaları tətbiq edə bilər. Məlumatları və sənədləri təqdim etməyən, yaxud düzgün olmayan məlumatlar verən subyektlər qanunvericiliklə müəyyən edilmiş məbləğdə maliyyə sanksiyası şəklində cərimə olunurlar.
Bundan əlavə, Nazirlər Kabinetinin 120 nömrəli qərarının 2.21-ci maddəsində 1 oktyabr 2022-ci il tarixində edilən dəyişikliyə əsasən, nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə, Dövlət Xidməti həmin sənəd və məlumatların təqdim edilməsi barədə iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Bu zaman təsərrüfat subyekti müəyyən olunmuş cəriməni ödəməklə yanaşı, məhkəmə qərarı əsasında tələb olunan sənədləri də təqdim etməlidir.
Qeyd edək ki, Dövlət Xidməti tələb olunan sənədləri təqdim etmədikləri üçün bir sıra təsərrüfat subyektlərinə qarşı məhkəmə iddiaları qaldırıb. Məhkəmə orqanlarının bu halla bağlı verdiyi qərarlarda Dövlət Xidmətinin mövqeyi haqlı hesab edilib və sənədlərin təqdim edilməsi təmin edilib.
Dövlət Xidməti təsərrüfat subyektlərinə tələb olunan məlumatları və sənədləri vaxtında, düzgün şəkildə təqdim etməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








