Dünya isti hava və Rusiyanın hərəkətləri səbəbindən ərzaq böhranı ilə üz-üzədir
Bloomberg yazır ki, dünya ərzaq böhranı ilə üz-üzədir. Müəlliflər planetdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin kəskinləşməsinin əsas amilləri kimi Rusiyanın taxıl sazişindən çıxmasını, Avropa və Amerikada görünməmiş istilər, habelə Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətləri qeyd edirlər.
Marja xəbər verir ki, temperaturun yüksəlməsi məhsullar, meyvə istehsalı və süd məhsulları ilə bağlı problemlər yaradır. Belə ki, cənub Avropa regionunda istilər inəklərin südveriminə, pomidor və dənli bitkilərin məhsuldarlığına mənfi təsir göstərir. Asiyada hava şəraitinin (El Nino) yaratdığı düyü ilə bağlı problemlər var, ərzaq inflyasiyası yüksəlir.
USDA bu il buğda istehsalının 16 faiz, digər yaz sortlarının isə bir faiz azalacağını proqnozlaşdırır. Eyni zamanda, nəqliyyat problemləri ərzaq təhlükəsizliyini kəskinləşdirə bilər.
Avropada quraqlıq İtaliya, İspaniya və Portuqaliyada taxıl istehsalının ötən illə müqayisədə 60 faiz aşağı düşməsinə səbəb olub və ola bilsin ki, Avropa İttifaqında son 15 ildə ən pis taxıl məhsulu əldə edilib.
Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan, daxili qiymətləri aşağı saxlamaq üçün bu həftə dünya əhalisinin təxminən yarısı üçün əsas qida olan əmtəənin iqxracını məhdudlaşdırıb. Rusiya Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsinə icazə verən sazişdən çıxıb.
Bütün bunlar yenə də ərzaq təhlükəsizliyi və qiymətlərlə bağlı narahatlıqları artırır. Supermarket rəflərində qiymətlərin daha da artması riski var.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















