30 kiloqramlıq yeşik 7-8 manata təklif olunur - qiymət 15 qəpiyə kimi düşüb
Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib.
Hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 25 qəpikdir. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 7-8 manata təklif olunur.
Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidoru sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir.
“Bizim kənddə sakinlərin əsas məşğuliyyəti pomidor becərməkdir. Bir, iki hektar sahədə pomidor əkənlər var. 5-6 ay zəhmət çəkdikdən sonra məhsul satışını gözləyirik. İyulun ortalarından pomidor satırıq. İlk başlayanda bir kiloqramını 40-50 qəpiyə satırdıq. İndi isə pomidor kütləvi yetişib. Ona görə də qiymət 20-25 qəpiyə kimi ucuzlaşıb”, - deyə Füzuli Paşayev söyləyib.
Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. May ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
Xaçmaz bazarında pomidor topdansatış qiymətə alınaraq paytaxtdakı satış mərkəzlərinə aparılır.
“Fevral ayından bu pomidorun becərilməsi üçün zəhmət çəkirik. İlk məhsul yığılanda pomidorun bir yeşiyi 15-16 manat idi. Kiloqramı 40-50 qəpiyə satırdıq. İndi 15-20 qəpiyə düşüb”, - deyə bazarda pomidor satan təsərrüfatçı Sakit Mütəllimov söyləyib.
Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirirlər ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2003 hektar pomidor sahəsindən 69 min 18 ton məhsul yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA









.jpg)

.jpg)









