Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyətinə görə yenidən Almaniyanı qabaqlayıb
World Economics-in məlumatına görə, Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından 2022-ci ildə dünyada beşinci olub. Alıcılıq qabiliyyəti pariteti üzrə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 5,51 trilyon dollar olub.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə ilk beşliyə daxil olub, Rusiya artıq ikinci ildir ki, bu mövqeyi tutur. Siyahını ilk 4 yerində Çin (31,56 trilyon dollar), ABŞ (23,15 trilyon dollar), Hindistan (15,87 trilyon dollar) və Yaponiya (5,68 trilyon dollar) yer alıb.
Mütəxəssislərin fikrincə, alıcılıq qabiliyyəti baxımından Rusiyanın ÜDM-i Avropanın bütün ölkələrindən, o cümlədən Almaniya (5,01 trilyon dollar), Fransa (3,53 trilyon), Böyük Britaniya (3,48 trilyon) və İtaliyadan (3,18 trilyon) yüksək olub.
Bununla yanaşı, ekspertlər Rusiya iqtisadiyyatında nəzərəçarpacaq artım gözləmirlər: onların hesablamalarına görə, ÜDM 2022-ci ilə nisbətən 2030-cu ilə qədər cəmi 7,9% artacaq. Bu dövrdə Çin iqtisadiyyatının artımı 57,7%, Hindistanda 55,5%, Türkiyədə 44,3%, İndoneziyada 41,1% səviyyəsində gözlənilir.
Bloomberg Economics-in rusiyalı iqtisadçısı Aleksandr İsakov bildirib ki, Rusiyanın beşinci yerdə qərarlaşması çox güman ki, ötən il baş vermiş iki hadisə ilə bağlıdır: neft və təbii qaz ixracından rekord gəlirlər və rublun möhkəmlənməsi.
Ekspert hesab edir ki, eyni zamanda, ilin əvvəlindən rublun dollara nisbətən az qala 30% zəifləməsi artım templərindəki fərqi kompensasiya edəcək və Rusiyanı 2023-cü ilin sonuna kimi altıncı yerə qaytaracaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 32 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















