“AzerGold”: Hasilat və istehsalatın aqrar məhsuldarlığa və sağlamlığa mənfi təsirinin olmadığı müəyyən edilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Agentlik) dəstəyi ilə icra olunan “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (“Şadax” daxil olmaqla), Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar kəndində aparılmış monitorinqlərin nəticələri məlum olub.
“AzerGold” şirkətinin yaydığı məlumatda bildirilir ki, cari ilin 24-27 iyul tarixlərində adıçəkilən ərazilərdə aqrar sahədə mövcud vəziyyətin yoxlanılması, cəmiyyətin aktiv hasilat və istehsalat fəaliyyətinin ətraf ərazilərə təsirinin qiymətləndirilməsi məqsədilə heyvan, bitki, torpaq və su mənbələrindən götürülmüş nümunələr əsasında aparılmış laborator analizlərin nəticələrinə görə məhsuldarlığa, eləcə də sağlamlığa mənfi təsir edən faktorların olmadığı müəyyən edilib. Həmçinin fermerlər arasında aparılmış sorğu zamanı onların maddi-texniki ehtiyacları, təsərrüfat fəaliyyətlərində qarşılaşdığı əsas problemlər təhlil edilərək, ümumiləşdirilib.
Növbəti mərhələdə qlobal antropogen amillərin aqrar sahədə məhsuldarlığa mümkün təsirləri nəzərə alınaraq, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və beləliklə, praktiki addımların atılması, zəruri dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən layihədə əsas məqsəd Cəmiyyətin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bölgələrdə dayanıqlı inkişafı məqsədlərinə nail olunması, o cümlədən yerli icmalarla işin gücləndirilməsi, aqrar sahənin dəstəklənməsi və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























