Putin xarici valyutada dövlət zəmanətlərini rublla icra etməyə icazə verdi
Rusiya Prezidenti Vladimir Putin xarici valyutada dövlət zəmanətlərini rublla icra etməyə icazə verib. İmzalanan fərmana əsasən, bu, benefisiarın istəyi ilə və ya onsuz, lakin xarici valyutada dövlət zəmanətlərinin yerinə yetirilməsi mümkün olmadıqda mümkün olacaq.Rusiya prezidenti Vladimir Putin xarici valyutada verilən dövlət zəmanətlərinin rublla icrasına icazə verib.
Marja.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Bu, benefisiarın (faydalanan şəxs, borcluya tələb hüququ olan şəxs) istəyi və ya istəyi olmadan, lakin xarici valyutada dövlət zəmanətlərinin yerinə yetirilməsi mümkün olmadıqda mümkün olacaq.
"Benefisiarın tələbində ödəniş üçün tələb olunan məbləğin Rusiya Federasiyasının valyutasında göstərilməsi, benefisiarın, dövlət zəmanətinin yerinə yetirilməsinin düzgün qəbul edilməsi kimi tanınır", - sənəddə deyilir.
Benefisiar ödənilməli olan məbləği xarici valyutada göstərərsə, bu zaman, o, Mərkəzi Bankın cari məzənnəsi ilə rubla çevriləcəkdir.
Fərmana əsasən, benefisiarlar Rusiya və xarici fiziki və hüquqi şəxslər, habelə beynəlxalq təşkilatlar ola bilər. Vəsaitlər rublla açılmış hesablarına və ya yalnız Rusiya hüquqi şəxs olan üçüncü tərəfin hesabına köçürülə bilər.
Sənəddə vurğulanır ki, “Rusiya Federasiyasının dövlət zəmanəti altında olan öhdəliklərinin fərmanına uyğun olaraq yerinə yetirilməsi - Rusiya Federasiyasının bu cür öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməsi kimi tanınır”.
Fərmanla Mərkəzi Banka və Maliyyə Nazirliyinə rəsmi açıqlamalar vermək hüququ verilir. Fərman dərc edildiyi gündən qüvvəyə minir, eyni zamanda onun qüvvəsi əvvəllər verilmiş dövlət zəmanətlərinə də şamil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















