Azərbaycanda iqtisadi artım cüzi olaraq qalır
Azərbaycanın iqtisadi artım sürəti 0,5%-dən 0,7%-ə sürətlənib.
Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 60 milyard 302,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artmışdır.
ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olmuşdur.
2023-cü ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artmışdır.
Sənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3,3 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 faiz, poliqrafiya məhsullarının istehsalı 34,3 faiz, kağız və karton istehsalı 31,8 faiz, içkilərin istehsalı 26,0 faiz, tikinti materiallarının istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 20,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,1 faiz, neft məhsullarının istehsalı 15,9 faiz, qida məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 10,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,6 faiz, mebel istehsalı 2,5 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,2 faiz, əczaçılıq məhsullarının istehsalı 13,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 faiz, geyim istehsalı 23,4 faiz, sair sənaye məhsullarının istehsalı 29,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 faiz artmışdır.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
