"Çinin iqtisadi problemləri ABŞ üçün “risk faktoru”na çevrilə bilər"
"Çinin iqtisadi problemləri ABŞ-a da təsir göstərərək, ABŞ iqtisadiyyatı üçün “risk faktoru”na çevrilə bilər".
Marja.az xəbər verir ki, bu fikri Las-Veqasda jurnalistlərə açıqlamasında ABŞ-ın Maliyyə naziri Canet Yellen deyib.
Bloomberg Yellendən sitat gətirib: "Çində iqtisadi tənəzzül Asiyada qonşularına ən güclü təsir göstərəcək, lakin müəyyən yan təsirlər ABŞ-da da hiss olunacaq" .
Nazir qeyd edib ki, o, ABŞ iqtisadiyyatının vəziyyətindən razıdır, lakin Çinin problemlərini ABŞ üçün “risk faktoru” ola bilər.
O, ABŞ iqtisadiyyatında da artımın yavaşladığını, lakin bu prosesin normal həddə olduğunu vurğulayıb.
"Amerikalılardan şəxsi maliyyə rifahı barədə soruşduqda, 70%-i çox yaxşı olduqlarını cavablandırır. Bununla belə, bütövlükdə iqtisadiyyatla bağlı suala cavab verəndə onların rəyi o qədər də yüksək deyil", - Yellen bildirib.
Avqustun 11-də Ağ Ev ABŞ prezidenti Co Baydenin Çinin iqtisadi artım və işsizliyin yavaşlamasına işarə edərək, Çini "saatlı bomba" adlandırdığı çıxışının stenoqramını yayımlayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha sonra Amerika liderinin Çinin daxili problemlərinə işarə etdiyini açıqlayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















