Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı 6 dəfədən çox artıb
Hacıqabul Sənaye Məhəlləsində 2023-cü ilin 1-ci yarısında 32,1 milyon manatlıq məhsul istehsal edilib.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur.
Agentliyin yaydığı məlumata görə, 2022-ci ilin 1-ci yarısında Sənaye Məhəlləsində 5,2 milyon manatlıq məhsul istehsal edilibsə, bu ilin 1-ci yarısında 6 dəfədən çox (dəyəri 32,1 milyon manatdan artıq) məhsul istehsal olunub. İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.
Sənaye Məhəlləsində indiyədək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib.
Qeyd edilib ki. yüz nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 57,7 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb.
Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsullarının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 32,3 milyon manat investisiyanın yatırılması, 390-dan artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)




