Bakıda VI Robot Olimpiadasına start verilib
1 sentyabrda Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadasının açılış mərasimi olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bu olimpiadanın nazirliyin dəstək verdiyi və uğurlu nəticələrinə etimad göstərdiyi tədbirlərdən biri olduğunu vurğulayıb.
Nazir müavini həmçinin əlavə edib ki, bu olimpiada gənclər üçün bir sınaq meydanı olmaqla yanaşı, həm də təcrübə mübadiləsi və konstruktiv müzakirə üçün səmərəli platforma olacaq.
Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya (“Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”) üzrə yarışacaqlar.
Ümumilikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.
Finala vəsiqə qazanmış komandalara həmçinin Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclər üçün müxtəlif interaktiv təlimlər təşkil edilib.
Qeyd edək ki, 3 sentyabra kimi davam edəcək olimpiadada qalib olacaq komandalar cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







