"28 min şirkət müflis ola bilər" proqnozu narahatlıq doğurur
Böyük Britaniyada yüksək faiz dərəcələr səbəbindən gələn il 28 min şirkətin müflis ola biləcəyi bildirilir.
Mərkəzi ofisi Londonda olan İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) 2023-cü ilin ikinci rübündə 6342 şirkətin iflasa uğradığını, qurumun modelinə görə görə, hər bir rübündə 7 min şirkət olmaqla 2024-cü ildə ölkədə cəmi 28 min şirkətin iflas riski ilə üzləşə biləcəyini açıqlayıb.
Qeyd edilib ki, şirkətlərin müflisləşməsinə İngiltərə Mərkəzi Bankının (BoE) faiz artırması səbəb olur.
Açıqlamada, "Yüksək borclanma xərclərilə əlaqədar olaraq iri investisiyalar gecikərsə və şirkətlər iflas etməyə davam edərsə, bunun iqtisadiyyata ciddi təsirləri olacaq - material tədarükçülərindən tutmuş işini itirən işçilərə qədər”, - deyilir.
İngiltərə hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə müflis olan şirkətlərin sayı 6342 ilə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
Keçən ay İngiltərə Mərkəzi Bankı (BoE) faizini 0,25 bənd də artıraraq 5,25 faizə çatdırıb. Beləliklə, Bankın faizi son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
İngiltərə Mərkəzi Bankı inflyasiya hədəfini 2 faiz səviyyəsində saxlamağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
56 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
1 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
1 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
1 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
3 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
