Ən yuxarı (mobil)_30

Xəzinə 202,5 milyon manat da borclandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 202,5 milyon manat da borclandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

5 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030077 ISIN-li, 70 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 87.7784 (13.9999%) manat və 94.7602 (5.56%) manat olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3179 (7.2%) manat, orta ölçülmüş qiyməti isə 94.1379 (6.2614%) manat olaraq müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 226 milyon 581 min 200 manat, yerləşdirilmiş həcmi isə 105 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 03.09.2024-cü ildir.

Hərrac iştirakçıları 6 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

XXX

5 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040224 ISIN-li, 65 miylon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. 

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.2179 (6.97%) manat olan 54 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3702 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 97.2933 (7.4822%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 milyon 335 min 400 manat, yerləşdirilmiş həcmi isə 97 milyon 500 min manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 02.09.2025-cü ildir.

Hərrac iştirakçıları 6 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

05.09.2023 16:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18