Ən yuxarı (mobil)_30

Putin Çinlə dövriyyəni 200 milyard dollara çatdırmaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin Çinlə dövriyyəni 200 milyard dollara çatdırmaq istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya və Çin 200 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq niyyətindədir.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (ŞİF) Çinin Dövlət Şurasının Baş nazirinin müavini Çjan Qotsinlə görüşdə bildirib.

“Sədr Si Cinpin və mənim dövriyyəmizi 200 milyard dollara çatdırmaq üçün qarşıya qoyduğumuz məqsədə çox yaxın gələcəkdə, hələ bu ilin əvvəlində nail olmaq olar”, - dövlət başçısı deyib.

Rusiya lideri Çinin Sədri Si Cinpinlə dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Həm işgüzar, həm də şəxsi dostluq münasibətləri. Bu, əlbəttə ki, ikitərəfli münasibətlərin və dövlətlərarası əlaqələrin inkişafına kömək edir”.

Putin Moskva ilə Pekin arasında iqtisadi və siyasi əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirib:

“Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələr çox yüksək səviyyəyə çatıb. Sözsüz ki, bütün bunlar siyasi sahədə əldə olunanların sonucudur. Bununla belə, nəticələr yaxşıdan çox – əladır”.

O həmçinin əlavə edib ki, Moskva və Pekin artıq münasibətlərin misli görünməmiş yüksək səviyyəsinə nail olub və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.

© “Report” 

12.09.2023 09:00

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18