Qaz və qaz qurğularına dair yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 34609:2023 “Binaların qaz qurğuları üçün kürə şəkilli kranlar və əl ilə idarə olunan konusvari bağlayıcı elementli kranlar” dövlət standartı qəbul edilib.
Xitmədin yaydığı məlumatda bildirilir ki, bu standart layihəsi əlvan metallardan hazırlanan qaz qurğularına dair elementlərin keyfiyyətinə və təhlükəsizliyinə dair məcburi tələbləri müəyyənləşdirmək, istehlakçıların həmin məhsullarla bağlı tələb və gözləntilərinin müvafiq mallarda əksini tapması, eləcə də istehlakçılarda malların keyfiyyətinə dair etibarın formalaşdırılması və onların malın keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərmək məqsədilə işlənib hazırlanıb.
Standart, həmçinin yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.
Yeni standart Xəzər Dəniz Nəqliyyatı Layihə - Axtarış və Elmi – Tədqiqat İnstitutuna rəyə təqdim edilib və müvafiq rəylərdən sonra İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























