İri Asiya bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını azaldıb, inflyasiya ilə bağlı artırıb
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,2 % çox olacağını proqnozlaşdırır.
Bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 1,3 faiz bəndi azdır.
Bank gələn il isə Azərbaycanda 2,6 % iqtisadi artım gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 1,2 faiz bəndi azdır.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,6 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,7 % (0,1 faiz bəndi çox) böyüyəcəyini proqnozlaşdırır.
XXX
ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını artırıb
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırır.
Bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.
Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5 % olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6 % (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8 % (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























