Sinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalandı
Energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb. Sənədlərə əsasən, bərpa olunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq ediləcək.İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşüblər.
Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Bildirilib ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri həmçinin, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində “Trafigura Pte Ltd” şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Görşüdə həmçinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.
Sənədlərdə, bərpa olunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Qeyd edək ki, Sinqapurun “Trafigura” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























