Qərb şirkətləri sanksiyalara baxmayaraq, Rusiyada böyük qazanc əldə edir
Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə edib.
Xarici KİV-lər xəbər verir ki, ən böyük mənfəəti 4,9 milyard dollarla ABŞ, 2,4 milyard dollarla Almaniya, təxminən 2 milyard dollarla Avstriya və 1 milyard dollarla İsveçrə şirkətləri əldə edib.
Məlumata görə, Avstriyada yerləşən “Raiffeisen Bank” 2022-ci ildə təxminən 2 milyard dollarla qərb firmaları arasında ən böyük Rusiya qazancı əldə edib. Bunu 775 milyon dollarla ABŞ-ın tütün nəhəngi “Philip Morris” və 718 milyon dollarla içki nəhəngi “PepsiCo” izləyib. İsveç yük maşını istehsalçısı “Scania” 2022-ci ildə Rusiyada 621 milyon dollar qazanaraq Rusiya bazarını tərk edən müəssisələr arasında ən çox qazanan şirkət olub.
Bildirilir ki, yüksək mənfəətə görə “dost olmayan” ölkələrdəki şirkətlər qazanclarını geri ala bilməyəcək.
Qeyd edək ki, Moskva Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını hazırlayıb və bu ölkələri “düşmən” adlandırıb. Bunlara ABŞ, Böyük Britaniya, Aİ ölkələri, Kanada, Yaponiya və başqaları daxildir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















