Əliyevin Putinlə telefon danışığı oldu
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Başverənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi sayəsində əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
XXX
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı sentyabrın 20-də Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib.
Marja.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, söhbət zamanı “Əliyev sentyabrın 20-də Rusiya sülhməramlılarının Qarabağda faciəvi şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib”.
Əliyev həlak olan rus sülhməramlılarının ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib.
Putin Azərbaycan lideri ilə telefon danışığında Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarına hörmət edilməsinin və təhlükəsizliyinin təmin edilməsinin vacib olduğunu vurğulayıb.
“Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladı”, - məlumatda deyilir.
Putin və Əliyev Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya sülhməramlılarının köməyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
“Hər iki tərəf Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin yardımı ilə əldə edilmiş razılaşmaların ardıcıl icrasının vacibliyini qeyd edib”, - Kremlin məlumatında deyilir.
Putin və Əliyev Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımları da müzakirə ediblər.
Liderlər Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılaşmalara uyğun olaraq işi gücləndirmək barədə razılığa gəliblər. Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi üçün Rusiya sülhməramlıları ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







