Azərbaycan və Özbəkistan avtomobil daşımaları üçün icazə blanklarını dəyişdirəcəklər
Özbəkistan və Azərbaycan əlavə icazə blanklarını mübadilə edəcəklər.
Özbəkistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Beynəlxalq avtomobil daşımaları üzrə Özbəkistan-Azərbaycan birgə komissiyasının onlayn rejimdə keçirilən iclasında müvafiq razılıq əldə olunub.
İştirakçılar iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının mövcud vəziyyətini, iki ölkənin milli daşıyıcılarının üzləşdiyi problemlər və onların həlli yollarını müzakirə ediblər, icazə blanklarının tutulması üçün kvotaya yenidən baxılıb.
“Görüşdə 2023-cü il üçün ikitərəfli icazələrin əlavə blanklarının mübadiləsi və 2024-cü ildə dəyişdiriləcək icazə sənədlərinin növlərinin kvotaları müəyyən edilib”, - məlumatda qeyd edilib.
Bundan əlavə, 2024-cü ildən ölkələr arasında üç növ icazə sənədləri olacaq - tranzit, ikitərəfli və üçtərəfli.
Həmçinin, Nəqliyyat Nazirliyi milli daşıyıcılara fəaliyyətlərində yenilikləri nəzərə almaları ilə bağlı müraciət edib.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























