“MKT İstehsalat Kommersiya” dünyanın aparacı inspeksiya, yoxlama şirkətlərindən biri olan “SGS” ilə əməkdaşlığa başlayıb
Bu ilki pambıq tədarükü dövründə “MKT İstehsalat Kommersiya” MMC-nin 5 filialında “SGS” şirkətinin nümayəndə heyyəti xam pambığın qəbulu, nümunələrin götürülməsi, nümunələrin zibillik və nəmlik analizinin aparılması zamanı müşahidəçi kimi iştirak edəcəkdir.
Bu barədə Marja-ya “MKT İstehsalat Kommersiya” MMC-dən bildirilib.
Qeyd edilib ki, bununla da, qəbul və laboratoriya analizi prosesində müvafiq standartların tələblərinə uyğunluğun üçüncü tərəf nümayəndələr tərəfindən də təsdiqi həyata keçirilmiş olacaqdır. Pilot layihə olaraq başladılacaq bu layihənin gələcəkdə bütün filiallarda tətbiq edilməsi planlaşdırılır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“SGS” dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. SGS Azərbaycanda 30 ilə yaxındır ki, uğurla fəaliyyət göstərir və aşağıdakı biznes istiqamətləri üzrə geniş spektrli xidmətləri yerinə yetirir:
• Təbii Sərvətlər (NR) - Neft, Qaz və Kimya, Kənd Təsərrüfatı və Mineral Mallar
• Sənaye və Ətraf Mühit (I&E)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























