Nazirliyin şirkətinin zərəri 10 dəfə azalıb
"Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC 2022-ci ili 371 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci 3 milyon 661 min manat xalis zərər ilə başa vurmuşdu.
Marja.az xəbər verir ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC-nin cəmi gəlirləri 2021-ci ildə 6 milyon 426 min manat ikən, 2022-ci ildə 7 milyon 227 min manat təşkil edib. Şirkətin xərcləri isə 10 milyon 87 min manatdan 7 milyon 598 min manata düşüb. Xərclərin azalması ilə əlaqədar olaraq "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC-nin zərəri də 10 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft" 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə bağlamışdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsilə məşğul olur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























