Chevron İsrailin əsas yatağında qaz hasilatını dayandırdı
Korporasiya bu qərarını Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda işçilərin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə izah edib.Amerikanın "Chevron" neft-qaz şirkəti Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda təhlükəsizlik baxımından əsas Tamar qaz yatağında hasilatı dayandırıb.
Marja.az xəbər verir ki, bu barədə korporasiya açıqlama yayıb.
“Bizim əsas prioritetimiz əməkdaşlarımızın, fəaliyyət göstərdiyimiz icmaların, ətraf mühitin və obyektlərimizin təhlükəsizliyini təmin etməkdir”, - deyə şirkətdən bildirilib.
Tamarda hasilatın dayandırılmasına baxmayaraq, şirkət İsrail müştərilərini Aralıq dənizində yerləşən Leviafan yatağından qazla təmin etməyə davam edəcək.
“Tamar” dəniz yatağı Qəzza zolağının şimalında yerləşən Aşkelon şəhərindən 24 km qərbdə yerləşir. Chevron-un məlumatına görə, bu yataqdan gündəlik 7,1-8,5 milyon kubmetr təbii qaz hasil olunur. Avqust ayında İsrail beynəlxalq əlaqələr gücləndikcə yataqdan Misirə daha çox qaz tədarük edəcəyini bildirmişdi. Agentlik hesab edir ki, istehsalın dayandırılması tədarüklərin, o cümlədən Avropaya çatdırılmada gecikmələrə səbəb ola bilər. Yaxın Şərqdə gərginliyin artması fonunda İsrailin gələcək qaz tədarükünün perspektivləri qeyri-müəyyən olaraq qalır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















