“PAŞA Yatırım Bankası”nın istiqrazları “Unicapital” platformasında - ASAN ƏLDƏ ETMƏK İMKANI
(®) “PAŞA Yatırım Bankası”nın 25 milyon dollar həcmindəki istiqrazları “Unicapital İnvestisiya Şirkəti” tərəfindən təqdim edilən “UTrader” ticarət platformasında ticarətə əlavə edilib.
Qeyd edək ki, Türkiyənin ilk xarici sərmayəli investisiya bankı olaraq təsis edilən “PAŞA Yatırım Bankası”, “Paşa Holding”in tərkibində fəaliyyət göstərir. Bankın aktivləri ötən il 73% artım göstərərək, 6.156 milyon TL səviyyəsinə çatıb.
Tədavül müddətinin sonuna bir ildən az zaman qalmış, nominal dəyəri 1000 USD, gəlirliliyi illik 4.5%, kupon ödəniş tezliyi rüblük olan istiqrazları platforma üzərindən onlayn formada asanlıqla əldə edə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, bir hesabla vahid platforma üzərindən yerli istiqrazlara və xarici səhmlərə, kriptovalyutalara investisiya etmək Azərbaycanda ilk dəfə “UTrader”də mümkün olub.
Qısa müddət öncə “Unibank”ın xarici valyuta istiqrazları da platformaya əlavə edilmiş, yeni investisiya aləti kimi müştərilərin istifadəsinə verilmişdi.
Xatırladaq ki, ticarət platforması olan “UTrader”, müştərilərinə “Apple”, “Tesla”, “Netflix”, “Amazon” kimi 100-dən artıq xarici nüfuzlu şirkətlərin pay sahibi olmağa, səhmlər, istiqrazlar, kriptovalyutalar, ETF-lər, valyutalar kimi 21 000-dən çox alətlə ticarət aparmağa, 20-dən çox bazarda onlayn qaydada investisiya etməyə imkan yaradan treydinq platformasıdır.
Bu gün, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus, BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.
Platforma haqqında ətraflı məlumat və qeydiyyat üçün: https://utrader.az/treydinq-platformasi/#register
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
3 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
4 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib






















