Qlobal Bazarlar: Dollar ucuzlaşdı, qızıl və neft bahalaşdı

ABŞ səhmləri, texnologiya şirkətlərinin investorları məyus edən mənfəət açıqlamalarının ardından düşüb.
"Marja" xəbər verir ki, daha çox texnologiya şirkətlərinin səhmləri ucuzlaşıb. Səbəb bu şirkətlərin investorların gözlədiklərindən az xalis mənfəət açıqlamalarıdır.
Dollar ucuzlaşıb. Qızıl, ABŞ iqtisadiyyatının gözlənildiyindən daha ləng artdığını göstərən rəqəmin açıqlanmasından sonra kəskin bahalaşıb.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
S&P 500 İndeksi, ikinci həftə geriləyib. Nasdaq 100 İndeksi, "Amazon.com Inc."ın proqnozlardan aşağı çıxan mənfəətinin texnologiya səhmlərini aşağı saıması ilə geriləyib.
Tütün şirkətlərinin səhmləri, ABŞ rəsmilərinin siqaretlərdə nikotin səviyyəsinin azaldılmasını təklif etməsilə dəyər itirib.
Dollar, ikisi istisna olmaqla bütün G-10 valyutaları qarşısında dəyərdən düşüb. Xəzinə istiqrazlarının faizi çox dəyişməyib. Neft, ilin ən yaxşı həftəsini başa vurub.
Xeyli investor texnologiya şirkətlərinin səhmlərini satıb.
Səhmlər
S&P 500 İndeksi 0.2 faiz düşərək 2,470.02 səviyyəsinə gəlib.
Amazon 3.2 faiz, Starbucks Corp. 7.2 faiz ucuzlaşıb.
Altria Group Inc. 9.1 faiz düşərək, tütün səhmlərindəki enişə başçılıq edib.
Stoxx Europe 600 İndeksi 1.1% düşərək təqribən 14 həftənin ən aşağı səviyyəsinə enib.
Almaniyanın DAX İndeksi 0.5 faiz düşüb.
Pul Vahidləri
Bloomberg Dollar Spot İndeksi 0.4% düşüb.
Avro, dollar qarşısında 0.63% dəyər qazanaraq 1.1751 səviyyəsinə qalxıb.
Funt-sterlinq, 0.5 faiz dəyər qazanaraq, Sentyabr ayından bu yana ən yüksək səviyyəsi olan 1.3135 dollardan əməliyyat olunub.
Yen 0.4 faiz dəyər qazanaraq, təxminən altı həftənin ən yüksək səviyyəsi olan, 111.79 dollardan ticarət olunub.
İstiqrazlar
10 illik ABŞ xəzinə istiqrazlarının faizi, iki bənd düşərək 2.29 faiz səviyyəsinə gəlib.
Almaniyanın 10 illik istiqrazının faizi, bir bənd artaraq 0.54 faiz səviyyəsinə qalxıb.
İngiltərənin 10 illik istiqrazının faizi, iki bənd artaraq 1.218% səviyyəsinə qalxıb.
Əmtəə
Qərbi Texas nefti (WTI) 1.6 faiz qalxaraq son səkkiz həftənin ən yüksək səviyyəsi olan 49.62 dollardan ticarət olunub. Brent nefti 2,2% bahalaşaraq 52,63 dollara qalxıb.
Qızıl, 0.7 faiz qalxıb və unsiyası 1274.80 dollar olub.
Asiya
MSCI Asiya Sakit Okean İndeksi 0.6% düşərək həftəlik qazancını silib. İndeks içindəki texnologiya səhmləri 1.5% ucuzlaşıb.
Cənubi Koreyanın Kospi İndeksi, Samsungun 4.1 faiz dəyər itirməsilə, 1.7 faiz düşüb. Honq Konq Hang Seng İndeksi, Tencen-tin 0.9 faiz dəyər itirməsilə 0.5 faiz düşüb.
Avstraliya, Tayvan və Sinqapurdakı göstərici indekslər, 0.7%-dən çox düşüb. Şanxay Birləşmiş İndeksi 0.1% yüksəlib.
Yaponiyanın Topix İndeksi 0.4% düşüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
