QatarEnergy və Shell Hollandiyaya LNG tədarükü üçün müqavilə imzalayıb
Qətərin enerji şirkəti QatarEnergy və Britaniya-Hollandiya Shell şirkəti 2026-cı ildən 27 il müddətinə Hollandiyaya ildə 3,5 milyon tona qədər mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, bu barədə Qətər şirkətinin mətbuat xidmətindən bildiriblər.
"QatarEnergy və Shell-in törəmə şirkətləri Qətərdən Hollandiyaya ildə 3,5 milyon tona qədər mayeləşdirilmiş təbii qazın tədarükü üçün uzunmüddətli alqı-satqı müqavilələri imzalayıblar", - QatarEnergy bildirib.
Şirkət qeyd edib ki, iki razılaşmaya əsasən, 2026-cı ildən 27 il müddətinə Hollandiyanın Rotterdam limanındakı Gate LNG qəbul terminalına qaz tədarükü həyata keçiriləcək. Mayeləşdirilmiş təbii qaz Qətərin şimalında Şimal-Şərq Yataq və Şimal Cənub Yatağının genişləndirilməsi layihələrində payı olan birgə müəssisə tərəfindən təmin ediləcək.
QatarEnergy kəşfiyyat, hasilat, emal, nəql və saxlama da daxil olmaqla Qətərin neft sektorunun bütün aspektlərinə nəzarət edir. Qətər bu il LNG istehsalını hazırkı 77 milyon tondan 2026-cı ildə 126 milyon tona çatdırmaq üçün əlavə gücün tikintisinə başlayıb.
Shell 70-dən çox ölkədə karbohidrogenlərin istehsalı, emalı və satışı ilə məşğul olan Britaniya-Hollandiya neft-qaz konsernidir. Qərargahı Hollandiyanın Haaqa şəhərində yerləşir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















