“Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək”
Artıq bir neçə gündür ki, hər gün minlərlə insanın istifadə etdiyi Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi avtobus zolağı təşkil edilib. Xüsusi zolağın təşkil edilməsindən sonra həm sərnişinlərdə, həm də digər yol hərəkət iştirakçılarında müəyyən suallar yarandı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin verdiyi müsahibəsi zamanı bu və digər suallara cavab tapmağa çalışdıq.
Həmin müsahibəni təqdim edirik.
- Anar müəllim, paytaxtda və şəhərətrafı ərazilərdə müşahidə edilən sıxlıq fonunda bu zolaqlar nə dərəcədə effektivdir?
- Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından fundamental əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir.
Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. Şəhər mobilliyində ictimai nəqliyyatla daşımaların prioritet olduğunu nəzərə alsaq, avtobus zolaqlarının nə qədər əhəmiyyətli olduğunu anlamaq olar.
İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Məhz tıxac olan küçələrdə avtobusların üstünlüyünü təmin etmək lazımdır. Bu, küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır.
- Avtobus zolaqlarının tətbiqindən sonra hansı müsbət nəticələr var?
- Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yolların buraxılış imkanlarının artırılması üçün Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparır. Sevindirici haldır ki, bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə olunur. Hazırda Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilir.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir.
- Zolaqlara nəzarət necə həyata keçiriləcək?
- Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Avtobuslar üçün zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə də olunurlar.
Daha öncə qeyd etdim ki, Bakı-Sumqayıt yolundan gündəlik 140 minə qədər sərnişin istifadə edir. Hesab edirəm ki, zolağın tələblərinə riayət edilməsi cərimədən savayı, həm də bir sosial məsuliyyət və digərlərinə qarşı mədəniyyət nümunəsidir. Avtobus zolağına daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
-
8 d. əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
9 d. əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
28 d. əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
42 d. əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
47 d. əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
1 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
























