"Mərkəzi banklar iqtisadi proqnozlarda 100% səhv edirlər"
JPMorgan Chase-in baş direktoru Ceymi Dimon mərkəzi bankları iqtisadi proqnozlarında "100 faiz səhv" etdiklərinə görə tənqid edib. O, "Gələn il baş verə biləcəklər barədə çox ehtiyatlı olardım" deyib.Amerikanın qlobal maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in Baş direktoru Ceymi Dimon (Jamie Dimon), iri mərkəzi bankların son vaxtlar pauza rejimində (gözləməkdə) olmalarını nəzərə alaraq, inflyasiyanın düşəcəyi proqnozu ilə sabit qalmağın iqtisadiyyat üçün təhlükələri barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, ABŞ-ın ən böyük bankının sədri Dimon Ər-Riyadda Gələcək İnvestisiya Təşəbbüsü sammitində panel müzakirəsi zamanı deyib: "Mərkəzi bankların bir çox proqnozlarının 100 faiz səhv olduğunu qeyd etmək istərdim. Gələn il baş verə biləcəklər barədə çox ehtiyatlı olardım".
2022-ci ildə ABŞ Mərkəzi Bankı (FED) proqnozlarında inflyasiyanın artımının "müvəqqəti" olacağını israr edirdi, lakin inflyasiya qalıcı olub.
"Mən ehtiyatlıyam", -Dimon əlavə edib. O, mərkəzi bankların və hökumətlərin bütün bunları idarə edə biləcəyinə dair "hər şeyə qadir olduqları mesajı vermələrini" tənqid edib.
"Wall Street"in böyük hissəsi Fed-in 2023-cü ilin sonuna qədər faiz dərəcələrini daha bir dəfə artırıb artırmayacağına yönəlib. Bununla belə, Dimon, "Faizlərin 0,25 bənd artırılıb artırılmamasının fərq etməyəcəyini düşünmürəm... Sıfır kimidir" deyib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















