Qazaxıstan istehlak kreditlərinin verilməsini məhdudlaşdırır
Qazaxıstan əhalinin yüksək borc yükü ilə bağlı olaraq istehlak kreditlərinin verilməsini məhdudlaşdıracaq.İlin sonuna qədər Qazaxıstan hökuməti əhali arasında borc səviyyəsinin yüksək olması səbəbindən bankların istehlak kreditləri şərtlərini məhdudlaşdırmaq üçün tədbirlər hazırlamalıdır.
Marja.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Baş Nazir Əlixan Smailov deyib.
“Borcalanların həddindən artıq yüklənməsi problemini əsaslı şəkildə həll etmək üçün istehlak kreditlərinin verilməsi şərtlərinə məhdudiyyətlər tətbiq etmək lazımdır. İş yerindən arayış əsasında kreditləşdirmənin maksimal dərəcələrinə, məbləğlərinə və şərtlərinə yenidən baxmaq lazımdır”, - Smailov bildirib.
Hökumət başçısı qeyd edib ki, müvafiq qanunvericilik dəyişiklikləri layihəsini ilin sonuna qədər parlamentə təqdim edilməlidir.
Onun sözlərinə görə, sentyabrın 1-nə Qazaxıstanda banklar tərəfindən verilən istehlak kreditlərinin ümumi həcmi 9,2 trilyon tenge (təxminən 19,6 milyard dollar), istehlak kreditləri üzrə bir borcalana düşən borcun orta məbləği isə təxminən 1,5 milyon tenge (təxminən 3, min dollar) təşkil edib. Bir borcalana düşən problemli istehlak krediti isə orta hesabla 1 milyon tengedir (təxminən 2,1 min dollar).
Smailov vurğulayıb ki, əhalinin yüksək borcları Qazaxıstanda ciddi sosial-iqtisadi problemə çevrilir. O, gənclərin təşkilatlarla kredit münasibətlərinə girərkən öz imkanlarını düzgün hesablaya bilmələri üçün Təhsil Nazirliyinə təhsil proqramları çərçivəsində maliyyə savadlılığı kurslarının tətbiqini tapşırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























