Rusiya neft və neft məhsulları ixracının könüllü azaldılmasını ilin sonunadək davam etdirəcək
Rusiya neft və neft məhsullarının ixracının gündəlik gündəlik 300 min barel könüllü azaldılmasını 2023-cü ilin sonunadək davam etdirəcək.
Marja xəbər verir ki. bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Rusiya 2023-cü ilin sentyabr və oktyabr aylarında qüvvəyə minmiş neft və neft məhsullarının dünya bazarlarına tədarükünün gündəlik 300 min barel əlavə könüllü azaldılmasını 2023-cü ilin dekabr ayının sonuna qədər davam etdirəcək. Gələn ay bazar təhlili aparılacaq. Neft hasilatının azaldılmasının dərinləşdirilməsi və ya artırılması barədə qərar bu təhlildən sonra qəbul ediləcək”, - Novak jurnalistlərə bildirib.
Avqust ayında Rusiya neft ixracını könüllü olaraq gündəlik 500 min barel, sentyabrdan 2023-cü ilin sonuna qədər isə 300 min barel azaltmağa başlayıb. Bundan əlavə, sentyabrın sonunda Rusiya benzin və dizel yanacağının ixracına qadağa tətbiq edib, oktyabrda isə qismən yumşaldıb.
Əlavə azalma OPEC+ ölkələrinin neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün həyata keçirdikləri tədbirləri gücləndirmək məqsədi daşıyır.
Həmçinin, mart ayından etibarən Rusiya neft hasilatını fevralın 9,95 milyon barrel səviyyəsindən gündəlik 500 min barel azaldır; bu tədbir 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq. Eyni zamanda, sentyabrın əvvəlində Novak bildirib ki, könüllü hasilatın həcminə dünya bazarındakı vəziyyətdən asılı olaraq hər ay yenidən baxılacaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















