2022-2026-da sosial-iqtisadi inkişaf Strategiyasının icrası üzrə görülmüş işlər müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, noyabrın 6-7-də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrasının nəticələri haqqında iclas keçirilib. İclasda “Strategiya”nın məqsədləri üçün yaradılan 8 İşçi Qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.
İclasda “Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional rəqəmsal platformanın Elektron Portalın təqdimatı (azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Strategiya” qəbul olunandan sonra, o cümlədən 2023-cü ilin birinci yarımilliyi üzrə “Strategiya”nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib və ətraflı müzakirələr aparılıb.
İclasın yekununda “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























