Vaşinqton Moody's-in ABŞ-ın reytinqi ilə bağlı mənfi proqnozunu qiymətləndirib
ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo, Moody's-in ABŞ hökumətinin reytinq proqnozunu aşağı salması barədə qərarı ilə razılaşmayıb.
Marja.az xəbər verir ki, bu barədə CNBC yazır.
Qeyd edək ki, "Moody's Investors Service" ölkənin maliyyə sabitliyinə dair artan riskləri əsas gətirərək ölkənin AAA səviyyəsində olan reytinqinin proqnozu "stabil"dən "neqativ"ə endirib.
“Moody's daha yüksək faiz dərəcələri kontekstində, dövlət xərclərinin azaldılması və ya gəlirlərin artırılması üçün effektiv fiskal siyasət tədbirlərinin olmadığı bir şəraitdə ABŞ-ın büdcə kəsirinin çox böyük qalacağını, bunun borcların ödənilməsi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcəyini gözləyir”, - reytinq agentliyi bildirib.
Proqnozun aşağı salınmasının əsas səbəblərindən biri də ABŞ Konqresində mövcud siyasi qütbləşmə olub ki, bu da büdcə planının razılaşdırılmasında çətinliklər yarada bilər.
Uolli Adeyemo Moody's qərarına qarşı çıxb, çünki o, ABŞ iqtisadiyyatının yüksək inkişaf səviyyəsində olduğuna inanır. Adeyemo, "Xəzinədarlığın qiymətli kağızları son dərəcə təhlükəsiz və likvid aktivdir",- deyib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















