"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.4 dəfə üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik 8.35% və 8.45% olmuşdur.
14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqraz hərracı 8.22% orta ölçülmüş gəlirlilik və 8.40% kəsmə gəlirliliklə nəticələnmişdi.
Qlobal bazar
Bu həftə, 14 noyabr tarixində Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da bazarlar üçün əhəmiyyətli məlumat olan inflyasiya (İstehlak Qiymətləri İndeksi) açıqlanacaq. İllik inflyasiyanın azalaraq 3.7%-dən 3.3%-ə düşəcəyi proqnoz edilir.
Həmçinin, Avrozonada da oktyabr ayında deflyasiya olduğu proqnoz edilir. İllik inflyasiyanın azalaraq 4.3%-dən 2.9%-ə düşəcəyi gözlənilir. Məlumat 17 noyabr tarixində Bakı vaxtı ilə 14:00-da açıqlanacaq.
Türkiyədə oktyabr ayında illik inflyasiya azalaraq 61.53%-dən 61.36%-ə düşmüşdür. Bloomberg-ə əsasən inflyasiyanın 1% artmağı gözlənilirdi. İnflyasiyanın gözləniləndən daha aşağı çıxmasına baxmayaraq Türk Lirəsi ABŞ Dolları qarşısında dəyər itirməyə davam etmişdir.
Rusiyada isə inflyasiya gözləntilərə uyğun olaraq artmış, illik inflyasiya 6.00%-dən 6.69%-ə yüksəlmişdir. Bu həftə Rusiyada 3-cü rüb üçün illik iqtisadi artım məlumatı açıqlanacaq. İqtisadi artımın 4.9%-dən 5.1%-ə yüksələcəyi gözlənilir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







