Türk Hava Yolları Detroita uçuşlara başlayıb
Dünyanın bütün hava yollarından daha çox ölkəyə uçuşlar həyata keçirən Türk Hava Yolları ABŞ-ın Detroit şəhərinə də uçuşlara başlayıb.
Marja.az xəbər verir ki, 15 noyabr 2023-cü il tarixindən etibarən Detroyta uçuşlar həftədə üç gün həyata keçiriləcək və İstanbul Hava Limanını Detroit Metropolitan Ueyn County Hava Limanı ilə birləşdirəcək.
25 dekabr 2023-cü il tarixindən sonra Türk Hava Yolları Detroit uçuşlarını həftədə dörd günə qədər artırılacaq. Detroit reyslərinin əlavə edilməsi ilə Türk Hava Yolları şəbəkəsini 345 istiqamətə çatdırıb və hazırda ABŞ-ın 13 istiqamətinə reyslər yerinə yetirir.
İlk Detroit uçuşu təntənəli su şırnağı ilə qarşılanıb. Detroit Metropolitan Wayne County Hava Limanında keçirilən tədbirdə yerli rəsmilər, Türk Hava Yolları rəhbərləri və aviasiya həvəskarları iştirak ediblər.
Miçiqan ştatının Detroit şəhəri, ABŞ-ın onuncu ən böyük şəhəridir, əsasən avtomobil sənayesinin mərkəzi kimi tanınır. “Motor şəhəri” olaraq da adlandırılan Detroit musiqi və mədəni irsdə zəngin tarixə malikdir.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
1 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
1 saat əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
1 saat əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
1 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
-
2 saat əvvəl
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Ən çox oxunanlar
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
İyulun 2-də gözlənilən hava şəraiti



























