Qlobal borclar üçüncü rübdə 307 trilyon dolları ötüb
Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.
Marja xəbər verir ki, hesabata görə, bu ilin üçüncü rübündə qlobal borcun həcmi 307,4 trilyon dollar olaraq hesablanıb.
Ötən ilin eyni dövründə qlobal borcun həcmi 289 trilyon dollar olaraq qeydə alınmışdı.
Bu dövrdə qlobal borc məbləğinin artmasına ABŞ, Yaponiya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyatların, Çin, Hindistan, Braziliya və Meksika kimi inkişaf etməkdə olan ölkələrin borcunun böyük artımı təsir göstərib.
Sektor əsasında baxıldığında, borc səviyyələrində artımın dövlət sektorunda daha çox özünü göstərir. Fiskal büdcə kəsirləri bir çox inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda pandemiyadan əvvəlki səviyyədən xeyli yuxarı qalıb.
İlin sonuna qədər qlobal borcun 310 trilyon dollara çatacağı təxmin edilir.
Qlobal borcun ölkələrin ümumi ÜDM-nə nisbəti bu dövrdə sabit qalaraq 333 faiz təşkil edib.
Qlobal iqtisadi artım tempinin zəif qalması və inflyasiya təzyiqlərinin azalmağa davam etməsi fonunda qlobal borc nisbətinin yüksəliş trendini davam etdirəcəyi proqnozlaşdırılır.
Sektorlar üzrə araşdırıldığında, ilin üçüncü rübündə ev təsərrüfatlarının borcları 57,9 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcları 91,1 trilyon dollar, dövlət borcları 88,1 trilyon dollar, maliyyə şirkətlərinin borcları isə 70,3 trilyon dollar. olaraq hesablanıb.
Gələn il keçiriləcək seçkilər və davam edən geosiyasi gərginlik narahatlıq doğurur.
İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu 206 trilyon dollara yüksəldiyi halda, inkişaf etməkdə olan ölkələrin ümumi borcu 101,3 trilyon dollara çatıb.
İnkişaf etməkdə olan iqtisadiyyatlarda ümumi borcun ÜDM-ə nisbəti 255 faiz olaraq qeydə alınıb.
Hesabatda həmçinin xəbərdarlıq edilib ki, “populizmə doğru” siyasi keçid daha yüksək borc səviyyələrinə səbəb ola bilər.
Gələn il 50-dən çox ölkə və regionda keçiriləcək seçkilər, ABŞ-Çin strateji rəqabəti və Qəzzada faciəli müharibə səbəbindən geosiyasi gərginliyin artması ilə, Hindistan, Cənubi Afrika, Pakistan və ABŞ da daxil olmaqla, dövlət borcunun artması fiskal intizamla bağlı narahatlığı artırıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 28 d. əvvəl
-
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















