“AzerGold”un Özbəkistanda fəaliyyətə başlamasına hazırlıq davam edir - İBRAHİMOV SƏFİR İLƏ GÖRÜŞDÜ
Zakir İbrahimov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin zəngin tarixə malik olduğu, ortaq mədəni irsə, eyni etnik və dini köklərə sahib olan xalqlarımız arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb. Z.İbrahimov Azərbaycanda dağ-mədən sahəsinin neft-qaz sənayesi ilə müqayisədə yeni sahə olmasına baxmayaraq, son illər xüsusilə qızıl hasilatında böyük uğurlar əldə edildiyini qeyd edib. İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin qızıl yataqları üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırmağa nail olduğunu, yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işlərini uğurla davam etdirdiyini bildirib.
Z.İbrahimov “AzerGold” QSC-nin hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yataqlarının istismarını, “Daşkəsən” dəmir yataqları qrupu, “Filizçay” polimetal, “Ortakənd” qızıl mədəni kimi irimiqyaslı layihələrin icrası ilə bağlı fəaliyyətini uğurla davam etdirdiyini, sözügedən yataqların QSC-nin xarici investisiyaya açıq layihələri olduğunu qeyd edib. İdarə Heyətinin sədri işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürləri sahəsi ilə bağlı geoloji tədqiqatların davam etdirildiyini, işğal dövründə həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirildiyi üçün prosesin sürətlə icrasının mümkün olmadığını, vaxt itkisinin qarşısının alınması üçün tədqiqatlarda innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçirildiyini qeyd edib.
“AzerGold” QSC-nin Azərbaycanda uğurlu mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran Z.İbrahimov qızıl ehtiyatlarına görə dünyanın ilk 10-luğuna daxil olan qardaş Özbəkistan Respublikasında bu sahədə birgə əməkdaşlıq əlaqələrinin yaradılması üçün tərəflər arasında həyata keçirilmiş qarşılıqlı səfərlər, işgüzar görüşləri xatırladıb. O, 2023-cü ilin 24 fevral tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “AzerGold” və Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi və qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması haqqında imzalanan Anlaşma və Razılaşma Memorandumu ilə bu istiqamətdə əlaqələrin üst səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib.
Öz növbəsində, Azərbaycanın Özbəkistan üçün vacib tərəfdaş olduğunu qeyd edən B.Aşrafxanov ölkəsində yeni əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini qeyd edən səfir həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik “AzerGold” QSC ilə birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına diqqət çəkib.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























