“Bakı Mərmər Qranit” şirkətinin özəlləşdirilməsi planlaşdırılır
“Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Marja.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müəssisə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il və 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə özəlləşməyə açılıb.
Bildirilib ki, Sərəncamın icrası ilə əlaqədar “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirməyə hazırlanması istiqamətində müvafiq işlər görülüb, özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs - “Bakı Mərmər Qranit” MMC təsis edilib. Müəssisənin nizamnamə kapitalı 17 milyon 59 min manat olmaqla, hər biri 100 manat olan 170 min 590 paydan ibarətdir.
Müəssisə 6,18 ha ərazidə yerləşir. Əsas istehsal sahələri mərmər və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir. Layihə üzrə illik istehsal gücü 300.000 kv.m təşkil edir.
Müəssisədə əsasən Türkiyədən alınmış avandanlıqlar quraşdırılıb. Eyni zamanda, müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da mövcuddur.
Hazırda müəssisənin özəlləşdirməqabağı sağlamlaşdırılması və potensial investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir.
Müəssisənin yenidənqurulması və inkişafı üçün investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi planlaşdırılır və bu barədə elan qanunvericiliyə uyğun olaraq azı 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)





