Almaniyada mikroçip istehsalında 80 mindən çox mütəxəssis çatışmazlığı var
Almaniya İqtisadiyyat İnstitutunun məlumatına görə, bu rəqəm 2021-2022-ci illərlə müqayisədə 20 min nəfər çoxdur.Mikroçip istehsalında Avropa İttifaqında liderlərindən biri olmağa hazırlaşan Almaniya bu sənayedə işçi çatışmazlığı ilə üzləşib.
Marja.az xəbər verir ki, Almaniya İqtisadiyyatı İnstitutunun (IW) məlumatına görə, Almaniyada hazırda bu sənayedə 82 minə yaxın ixtisaslı kadr çatışmır. Bu, 2021-2022-ci illərdə olduğundan 20 min nəfər çoxdur.
"Almaniyada yarımkeçiricilər istehsalının inkişafı əsasən ixtisaslı işçi qüvvəsinin mövcudluğundan asılıdır. Xüsusilə yarımkeçirici sənayesi üçün aktual olan peşələrlə bağlı vəziyyətin cari qiymətləndirilməsi göstərir ki, ixtisaslı işçi qüvvəsinə tələbat sürətlə artır və bu təlabatı əhəmiyyətli əlavə səylər olmadan qarşılamaq dımümkün deyil", - İnstitutun hesabatında deyilir.
Tayvanın TSMC şirkətinin direktorlar şurası avqustun 8-də elan edib ki, Drezdendə 3,5 milyard avroya yarımkeçiricilər istehsalı zavodunun tikintisinə razılıq verib. Almaniya kansleri Olaf Şolz qərarı alqışlayıb. İyun ayında Almaniya Nazirlər Kabineti artıq Amerikanın İntel şirkəti ilə Maqdeburqda mikroçip istehsalı zavodunun tikintisinə dair saziş imzalayıb.
9 iyun 2023-cü ildə Avropa İttifaqının Çin və ABŞ-dan asılılığı azaltmaq üçün mikroçip istehsalına bir neçə milyard avro sərmayə qoyacağı bildirilib. "Der Spiegel" jurnalı yazıb ki, IPCEI layihəsinə (Important Project of Common European Interest) 8,1 milyard avro məbləğində vəsait ayıracaq, bundan əlavə, özəl şirkətlər 13,7 milyard avroya qədər sərmayə qoyaraq ümumi sərmayəni təxminən 21,8 milyard avroya çatdıracaq.
Eyni zamanda, hazırda Almaniyada mikroçip çatışmazlığı aktualdır və onun aradan qaldırılması üçün illər lazım olacaq. Bu fikri avqustun ortalarında Almaniyanın “Audi” avtomobil konserninin direktorlar şurasının üzvü Renate Vahenauer demişdi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















