“Mələk İnvestorlar Məktəbi” çərçivəsində keçirilən təlimlər yekunlaşıb - FOTOLAR
Dekabrın 8-də “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə “Mələk İnvestorlar Məktəbi” çərçivəsində sonuncu təlim sessiyası və bağlanış mərasimi keçirilib.
“Mələk İnvestorlar Məktəbi”nin təsisçisi Fərid İsmayılzadə açılış nitqi ilə çıxış edərək bu Məktəbin yaranmasının və sözügedən Klubun fəaliyyətinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını vurğulayıb.
Daha sonra, “Azərbaycan ekosisteminin cari vəziyyəti” mövzusunda təqdimat edərək son zamanlarda Azərbaycanın bu sahədə gördüyü işlər, hazırki vəziyyət və əldə olunmuş bir sıra uğurlar barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövlərdə startap, investisiya və innovasiya sahələrində atılan addımlar, istər ölkə, istərsə də regional və qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlara toxunub və bu sahədə dövrün tələblərinə uyğun addımların atılması və müvafiq işlərin həyata keçirilməsinə dair vacib məqamları vurğulayıb. İnarə xanım eyni zamanda “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təsis olunması və Klubun mövcud fəaliyyətinin bu istiqamətdə görülən işlərə böyük töhfə verəcəyini də qeyd edib.
Eyni zamanda, tədbirdə müxtəlif sahələr üzrə 4 yerli startap (Tredu, Movement App, Adlet, Eventeam) öz biznes ideyaları haqqında “Mələk İnvestorlar Məktəbi”nə qeydiyyatdan keçmiş 109 nəfər və digər qonaqların qarşısında təqdimatlar ediblər.
Daha sonra SABAH.hub-ın baş icraçı direktoru Rəhim Bayramlı və "Caucasus Ventures" vençur fondunun rəhbəri Məmməd Kərimin spikerliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Ağahüseyn Əhmədovun moderatorluğu ilə “Mələk İnvestisiyanın Önəmi” mövzusunda panel müzakirə keçirilib.
Sonda “Mələk İnvestorlar Məktəbi” çərçivəsində keçirilən təlim sessiyalarını uğurla başa vuran 109 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.
Məlumat üçün bildiririk ki, Fərid İsmayılzadənin təşəbbüsü ilə “Technovate-Sabah Mələk İnvestorlar Klubu” tərəfindən cari ilin oktyabr ayında təsis edilmiş “Mələk İnvestorlar Məktəbi”nin əsas məqsədi Kluba üzv olacaq mələk investorların üzvlükdən əvvəl bu sahədə müvafiq bilik və bacarıqlara yiyələnmələrini və Kluba üzv olduqları müddət ərzində isə fəal iştirakını təmin etməkdir.
Qeyd edək ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu” Azərbaycanın ilk Mələk İnvestorlar Klubu olub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub. Klubun rəsmi tərəfdaşı və əsas sponsoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)








