"Hazırda şirkətimizdə çalışan 7500-ə yaxın əməkdaşın 49 faizini qadınlar təşkil edir"
““OBA” qadınların karyera inkişafında bir tramplindir”“Hazırda “OBA” şirkətində 7500-ə yaxın əməkdaş çalışır ki, bu sayın da 49 faizini qadınlar təşkil edir. Şirkətimizdə orta və natamam orta təhsili olan qadınlara yaradılmış iş imkanı onların karyera inkişafında xüsusi tramplin rolu oynayır. Əsasən satış sektoru olmaqla, təhsil səviyyəsindən asılı olmayaraq, qadınlara yüksəliş imkanı verilir”.
Bunu Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin marketinq kommunikasiyaları şöbəsinin müdiri Aynur Qaraqurbanlı BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulmuş şirkətlərin nümayəndələrinin qatıldığı tədbirdə bildirib.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə icra olunan “Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi” layihəsi çərçivəsində BMTİP-in keçirdiyi tədbirdə “OBA” nümayəndəsi “Qadınları gücləndirən biznes təcrübələrini necə inkişaf etdirmək olar?” mövzusunda panel müzakirələrində təmsil etdiyi şirkətin təcrübələri barədə təqdimat edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
“OBA” marketlər şəbəkəsinin təmsilçisi şirkətdə inklüziv yanaşma tərzindən, gender balansının qorunmasından və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib: “Biz 2023-cü ildə “Qadının gücü” layihəmiz ilə istər əməkdaşımız olan, istərsə də fəaliyyət göstərdiyimiz ərazilərdə yaşayan kiçik və orta sahibkar qadınlara xüsusi dəstək olduq. Ölkənin bir neçə regionunda işsiz qadınlar üçün satış təlimlər keçirdik və onları işlə təmin etdik”.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulub.
Şirkət kişilərin daha çox çalışdığı sahə kimi tanınan pərakəndə satış və logistika sektorunda qadınların karyera qurmalarına töhfəsini verir. Veysəloğlu Şirkətlər Qrupu hazırda 8000 nəfərdən çox qadının iş yeridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























