CityNet-in dəstəyi ilə MilliNet 2023 müsabiqəsi baş tutdu
(®) CityNet şirkətinin baş sponsorluğu ilə Milli İnternet Mükafatı müsabiqəsi - MilliNet 2023 baş tutub.
Azərbaycan İnternet Forumu tərəfindən ənənəvi olaraq keçirilən MilliNet müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Bu il müsabiqəyə 13 nominasiya üzrə 222 internet resurs təqdim edilib və onlardan 195-i qəbul edilib. Bu il ilk dəfə müsabiqə zamanı resurslar təkcə əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, artıq layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla da qiymətləndirilib. Yekunda 13 nominasiya üzrə nominat statusu almış 71 resursdan ən yaxşıları seçilib.
“Öz fəaliyyətində müştəri yönümlülük prinsipini rəhbər tutan və innovasiyaları tətbiq edən CityNet Azərbaycanda İKT sektorunun inkişafında fəal rol oynayır. Biz MilliNet 2023 müsabiqəsini dəstəkləməkdən məmnunuq və ölkəmizdə rəqəmsal ekosistemin inkişafına töhfə verən layihələrin reallaşmasında maraqlıyıq. Şirkət olaraq hədəfimiz abunəçilərə fərdi və korporativ seqmentlərdə daima keyfiyyətli bağlantı və mükəmməl müştəri xidmətləri təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimizdə ən son yenilikləri tətbiq etməkdə və ölkə üzrə əhatə dairəmizi genişləndirməkdə davam edəcəyik”, - deyə CityNet şirkətinin Baş icraçı direktoru Teymur Əsgərzadə bildirib.
MilliNet İKT sahəsi üzrə mütəxəssisləri bir araya toplayan, innovasiyaları təşviq edən, ən yaxşı milli internet resurslarının inkişafı və tanıdılmasına, ümumilikdə isə ölkəmizdə informasiya texnologiyalarının inkişafına töhfə verən müsabiqədir.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





