SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
SOCAR AQŞ-nin törəmə şirkəti SOCAR AQŞ "Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş" (SOCAR AQŞ Türkiyə) Türkiyənin ən böyük özəl neft və qaz operatorlarından biri olan "Çalık Petroleum" şirkəti ilə daha bir mühüm müqavilə imzalamışdır.
Bu barədə Marja-ya SOCAR AQŞ-dən bildirilib.
Müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” Türkiyənin Diyarbəkir vilayətində quruda yerləşən beş neft quyusunun təhlükəsiz və səmərəli şəkildə tamamlanması üçün qazma xidmətlərini təmin edəcək.
“SOCAR AQŞ Türkiyə” səmərəliliyin artırılması və səs-küy səviyyəsinin azaldılması kimi xüsusiyyətlər daxil olmaqla, ənənəvi qazma qurğuları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malik innovativ HH300 hidravlik qazma qurğusunu Türkiyədə ilk dəfə olaraq istifadə edəcək.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd etmişdir: “Müştəri bazamızın şaxələndirilməsi Korporativ İnkişaf Strategiyamıza uyğundur. Bu yeni müqaviləni Türkiyədə imzalamaqla, işimizə olan öhdəliyimiz, innovativliyə olan yanaşmamız və daim mükəmməllik axtarışımız sayəsində uğur qazanacağımızı bilərək, qarşıdakı imkanları və çətinlikləri qəbul edirik”.
“Biz böyük məmnuniyyətlə Çalık Petroleum ilə tərəfdaşlıq edirik və əminik ki, təcrübəmiz bu müqavilə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər üçün təminat rolu oynayacaq”, - deyə “SOCAR AQŞ Türkiyə”-nin Ölkə üzrə Meneceri Famil Xələfov bildirmişdir.
SOCAR AQŞ 2019-cu ildən bəri Türkiyədə qazma layihələri həyata keçirir və Türkiyə Respublikasının dövlət neft şirkəti olan «Turkish Petroleum Corporation» (TPAO) ilə imzalanmış son razılaşmalardan biri çərçivəsində daha dörd neft quyusu qazılacaq. SOCAR AQŞ həmçinin Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsinə davam edir.
Mükəmməllik, təhlükəsizlik və dayanıqlılıq kimi məqsədlərə daim sadiq olmaqla, SOCAR AQŞ regionda və qlobal miqyasda qazma və quyu xidmətlərinin aparıcı təchizatçısı kimi öz mövqeyini möhkəmləndirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























