Həm endirim, həm “cashback” qazandıran kartlar!
Expressbank Premium Visa kartlarının sahiblərinə yeni eksklüziv imkanlar təklif edir.
Belə ki, Expressbank-ın Visa Gold / Visa Platinum kart sahibləri bir sıra satış və xidmət nöqtələrində 20%-dək endirimlər qazanacaqlar. Kampaniya üzrə tərəfdaşlar sırasında Optimal Electronics, MyBrands mağazalar şəbəkəsi, CinemaPlus kinoteatrları, Espressamente Illy kafeləri və digərlərinin adını çəkmək olar. Bütün tərəfdaşlar və endirimlər haqda daha ətraflı məlumat üçün www.visapremium.com saytına keçid alaraq əldə etmək mümkündür. Üstəlik, müştərilər Expressbank-ın Premium Visa kartları ilə alış-veriş etdikləri üçün 20%-dək endirimlərdən əlavə, 20%-dək “cashback” də qazanacaqlar.
Qeyd edək ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdırmaq və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəniş etməklə xərcləri gəlirə çevirmək mümkündür.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























