"2024-cü il əvvəlki illərdən "daha dəli" il olacaq"
Dünyanın ən varlı adamı İlon Mask (Forbes Real-Time-a görə xalis sərvəti 251,3 milyard dollardır) bildirib ki, 2024-cü il əvvəlki illərdən "daha dəli" olacaq.
“Mənim proqnozum: 2024-cü il daha da çılğın (dəli) olacaq”, - o, "X" sosial şəbəkəsində istifadəçilərdən birinin yazısını şərh edərkən yazıb.
"Business Today" qeyd edir ki, 2024-cü il ABŞ, Hindistan, Meksika və Cənubi Afrika da daxil olmaqla 70-ə yaxın ölkədə keçirilən seçkilərlə "demokratiya üçün kritik sınaqdan keçən tarixi seçki ili" olacaq.
Noyabr ayında Mask bildirib ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenə səs verəcəyini ağlına belə gətirə bilmir. Keçmiş dövlət başçısı Donald Trampın namizədliyini dəstəkləməyə hazır olub-olmaması ilə bağlı suala, milyarder cavab verib ki, bu, “çətin seçimdir”.
"Demoqrafik çöküş bu gün bəşəriyyətin ən böyük problemidir", - amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində (keçmiş Twitter) bildirmişdi.
Əhalinin azaldığı ölkələr arasında Yaponiya, Sinqapur, Vyetnam, İtaliya, Hollandiya, Cənubi Koreya və Çin də var.
Daha əvvəl Mask dəfələrlə süni intellekt sahəsində aparılan tədqiqatları bəşəriyyət üçün əsas təhlükələr adlandıraraq, bu cür tədqiqatların məhdudlaşdırılmalı olduğunu qeyd edib. Bir gün əvvəl o, qarşıdan gələn 2024-cü ilin əvvəlkilərdən "daha dəli" olacağını da söyləyib.
2022-ci ilin noyabrında dünya əhalisinin sayı 8 milyardı ötüb. BMT-nin məlumatına görə, 12 il ərzində planetin əhalisi 1 milyard artıb. Proqnozlara görə, bəşəriyyət 2030-cu ilə qədər 8,5 milyarda, 2080-ci ilə qədər isə zirvəyə 10,4 milyarda çatacaq.
Son 200 ildə dünya əhalisi 8 dəfə artıb. Belə ki, məsələn, əgər 1900-cü illərin əvvəllərində planetdə cəmi 1,6 milyard insan yaşayırdısa, 2000-ci illərin əvvəllərində artıq 6 milyard, 2011-ci ildə isə 7 milyard insan var idi. Belə sürətli artım tibbin inkişafı, içməli suya çıxış imkanlarının genişləndirilməsi, geniş peyvənd əhatəsi və digər nailiyyətlər ilə izah olunur.
Eyni zamanda, BMT əhalinin daimi artımına baxmayaraq, son vaxtlar onun artım tempinin aşağı düşdüyünü qeyd edib. 60-dan çox ölkədə 2022-ci ildən 2050-ci ilə qədər "davamlı olaraq aşağı doğum nisbətləri və bəzi hallarda artan emiqrasiya nisbətləri səbəbindən" əhalisinin 1% və ya daha çox azalacağı proqnozlaşdırılır. Eyni zamanda, 65 və daha yuxarı yaşda olan dünya əhalisinin xüsusi çəkisi 2022-ci ildəki 10%-dən 2050-ci ildə 16%-ə yüksələcək. Bu vaxta qədər dünyada 65 və daha yuxarı yaşda olan insanların sayının iki dəfədən çox olacağı gözlənilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 33 d. əvvəl
-
42 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
55 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
57 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
















.jpg)






