Qırmızı dənizdəki böhran səbəbindən konteyner qiymətləri yüksəlir
Asiyadan Avropaya konteyner daşımaları ikiqat bahalaşıb. Belə bir vəziyyətdə Azərbaycana su yolu ilə Asiyadan gətirilən malların qiymətlərində də artım olacağı gözlənilir.Qırmızı dənizdəki böhran Asiyadan Avropaya konteyner daşınması xərclərinin iki dəfə artmasına səbəb olub. Bu, Yəməndə fəaliyyət göstərən Husilərin hərbiləşdirilmiş qrupunun tez-tez raket hücumları ilə bağlıdır.
Bu barədə Marja.az "Freightos" beynəlxalq yük bron platformasının məlumatlarına istinadən xəbər verir.
Məlumatlara görə, son vaxtlar Asiyadan Şimali Avropaya bir qırx futluq konteynerin tranzitinin qiyməti 4000 dolları keçib. Eyni konteynerin Aralıq dənizi ölkələrinə çatdırılmasının dəyəri isə 5175 dollar/FEU-ya yüksəlib.
Ekspertlər Qırmızı dənizdə geosiyasi gərginliyin davam etməsi fonunda konteyner daşımalarının qiymətinin daha da artacağını bildirirlər.
Dekabrın 18-də “Reuters” agentliyi Norveçin “Swan Atlantic” neft tankerinin Qırmızı dənizdə atəşə tutulması barədə məlumat yayıb. Ekipaj xəsarət almayıb.
Husilərin hücumları nəticəsində bəzi gəmiçilik şirkətləri Qırmızı və Aralıq dənizlərini birləşdirən Süveyş kanalı ilə daşımaları dayandırmaq qərarına gəliblər. Bunun fonunda dekabrın 19-da Pentaqonun rəhbəri Lloyd Austin, Qırmızı dənizi husilərin hücumlarından qorumaq üçün beynəlxalq əməliyyata başladığını elan edib.
Ocean rates – Freightos Baltic Index
Asia-US West Coast prices (FBX01) increased 63% to $2,713/FEU.
Asia-US East Coast prices (FBX03) climbed 55% to $3,900/FEU.
Asia-N. Europe prices (FBX11) increased 151% to $4,042/FEU.
Asia-Mediterranean prices (FBX13) increased 108% to $5,175/FEU.
Air rates – Freightos Air Index
China – N. America weekly prices stayed level at $5.85/kg
China – N. Europe weekly prices fell 25% to $2.98/kg.
N. Europe – N. America weekly prices fell 13% to $1.82/kg.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















