"Lombardlar haqqında" qanunun qəbulundan sonra bir sıra lombardın bağlanacağı gözlənilir
Lombard və maliyyə lizinqi bazarında fəaliyyət göstərən "Kredit Evi" ASC "Lombardlar haqqında" Qanunun qəbulundan sonra bir sıra lizinq və lombard şirkətlərinin bağlanacağını gözləyir.
Marja.az xəbər verir ki, bu barədə "Kredit Evi" ASC-nin səhmlərinin Emissiya prospektində qeyd edilib.
"Kredit Evi" şirkəti bir sıra rəqiblərin bazardan çıxması ilə mövqeyini gücləndirməyi planlaşdırır.
""Lombardlar haqqında" Qanunun qəbulundan sonra struktur, proqram təminatı və xüsusilə nəzarət mexanizmləri mövcud olmayan lombard və maliyyə lizinqi fəaliyyətilə məşğul olan təşkilatların ləğvi emitentin ("Kredit Evi"-nin - red) filial şəbəkəsinin artımına səbəb olacaq", - şirkət bildirib.
Qeyd edək ki, artıq "Kredit Evi" ASC gözlənilən yeni tələblərə uyğunlaşmağa başlayıb. Şirkət nizamnamə kapitalını 200 dəfə arıraraq 2 min manatdan 400 min manata yüksəldilməsi üzrə işlərə start verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























