"24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib"
2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb:
"Bundan əlavə cari ilin yanvar ayının 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanunun qüvvəyə minməsi, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək".
M. Abbasbəyli əlavə edib ki, 2023-cü ildə ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub: "Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 % təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 % artıb".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti





























