Ötən il Azərbaycanda keçirilən satınalmaların məbləği 7,5 milyard manatı ötüb
Elektron satınalmalar nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub.
“Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 faiz təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 faiz artıb”, - deyə qurum rəhbəri əlavə edib.
Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Ticarət haqqında” Qanun hazırlandığını və hazırda razılaşdırma mərhələsində olduğunu qeyd edib. Xidmət rəisi əlavə edib ki, elektron rəqabət portalının yaradılması istiqamətində də işlər aparılır: “Bu, çevikliyin, şəffaflığın və məqsədyönlülüyün inkişafına mühüm töhfə verəcək. Layihə Nazirlər Kabinetinə təqdim olunub və qısa müddətdə istifadəyə veriləcək”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
